Azərbaycan düyü idxalını 65 %-ə yaxın artırıb20 Fevral 2021, 12:15 (GMT +4) Bakı, 20 fevral, SalamNews. Bu ilin yanvar ayında Azərbaycan 3,5 milyon ABŞ dolları dəyərində 4,9 min ton düyü idxal edib.
SalamNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,7 mln ABŞ dolları (97,8 %) və 1,9 min ton (64,7 %) çoxdur.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,45 %-ni təşkil edib.
|