İran və Cənubi Koreya dondurulmuş 7 milyard dollara görə danışıqlara başlayıblar22 Fevral 2021, 13:22 (GMT +4) Bakı, 22 fevral, SalamNews, B,Samid. İran və Cənubi Koreya dondurulmuş pulların sərbəst buraxılmasına görə yenidən danışıqlara başlayıblar.
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bunu ölkənin Mərkəzi Bankının sədri Əbdünnasir Himməti deyib.
İran rəsmisi bildirib ki, ABŞ sanksiyalarından dolayı Cənubi Koreya bankalrında qalan neft pullarının çıxarılması və ya orada istifadə edilməsi üçün yenidən danışıqlar başlayıb.
Əlavə edilib ki, İran rəsmiləri ilə Seul bankını təmsil edən Cənubi-Koreyanın Tehrandakı səfiri arasında baş tutan danışıqların nəticəsinə əsasən ilkin mərhələdə bu pulların bir qisminin sərbəst buraxılması haqda razılıq əldə edilib.
Qeyd edək ki, sabiq ABŞ hökumətinin sanksiyalarından dolayı İran xarici banklarda olan pullarını əldə edə bilmirdi. Yeni ABŞ hökumətinin nüvə sazişinə qayıtmaqla bağlı vədlərinə baxmayaraq, İranın banklararası maliyyə köçürmələri və sair oxşar məsələlər hələ də həllini tapmayıb.
|