Çex Respublikasının keçmiş prezidenti koronavirusa yoluxub24 Fevral 2021, 09:25 (GMT +4) Bakı, 24 fevral, SalamNews. Çexiyanın keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Peter Matsinka jurnalistlərə məlumat verib.
"Cənab Klausun koronavirus testinin nəticəsi müsbət çıxdı. O (Klaus) yarım saat ərzində Praqa Mərkəzi Hərbi Xəstəxanasında müayinə edildi. Ambulator qaydada müalicə alacaq", Matsinka bildirib.
İyunun 19-da onun 80 yaşı tamam olmalıdır. Klaus, tibbi maskalardan istifadə etməyi rədd edirdi. Tədbirlərdə maskasız iştirak etdiyi üçün ona iki dəfə cərimə yazılıb.
Çexiyanın keçmiş prezidenti də peyvəndlənməni kəskin şəkildə rədd edir.
|