Ekspert Paşinyanın "İskəndər"lə bağlı açıqlamasına münasibət bildirib24 Fevral 2021, 15:23 (GMT +4) Bakı, 24 fevral, SalamNews. Hərbi xəbər saytı "Razm.info" saytının koordinatoru Karen Vrtanesyan Ermənistanın Baş naziri Nikol Paşinyanın "İskəndər" taktiki raket sistemlərinin işə yaramaması barədə açıqlamasına münasibət bildirib.
“10 faiz partlayır nə deməkdir, bu tamamilə anlaşılmazdır. Bütün Ermənistan - düşünürəm ki, nəinki Ermənistan hamı dünəndən bəri onun nəyi nəzərdə tutduğu üzərində başını sındırır", Vrtanesyan RİA Novosti-yə verdiyi müsahibədə bildirib.
SalamNews xəbər verir ki, Paşinyan Dağlıq Qarabağ müharibəsi dövrüdə "İskəndər" sistemlərindən atılan raketlərin ya partlamadığını, ya da 10 faiz partladığını açıqlamışdı.
|