Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ATU-nun qonağı olub (FOTO)

24 Fevral 2021, 15:25 (GMT +4)

Bakı, 24 fevral, SalamNews. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayeni qəbul edib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Vətən müharibəsi zamanı göstərilən hərtərəfli dəstək üçün cənab səfirə öz təşəkkürünü bildirib. 

SalamNews -un verdiyi xəbərə görə,görüşdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə uzun illərə dayanan əməkdaşlıq münasibətlərinin tibb sahəsi üzrə də sürətli inkişafından söz açılıb və bu əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi aparılıb. 

Görüş zamanı rektor G.Gəraybəyli son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini bildirərək, əməkdaşlıq qurulan ali məktəblərin sayının artdığını da xatırladıb: “Hazırda dünyanın 30-a yaxın ölkəsindən olan 85-ə yaxın ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığımız mövcuddur. ATU əcnəbi tələbə sayına görə ölkənin lider universitetidir. Belə ki, Tibb Universitetində 37 ölkədən 2526 nəfər xarici vətəndaş təhsil alır. Ali məktəbimizdə Pakistandan da 24 tələbə təhsil alır”.

Rektor G.Gəraybəyli Pakistandan olan tələbə sayının artırılması, gələcəyin həkimlərinin mübadiləsinin təşkil olunması, birgə elmi araşdırmaların aparılması üçün səyləri gücləndirməyin vacib olduğunu bildirib.

Pakistanın ölkəmizdəki Səfiri Bilal Haye də öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib. Səfir Dağlıq Qarabağ məsələsində Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. Səfir həmçinin Azərbaycan Tibb Universiteti ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, qarşılıqlı layihələrin icrası ilə bağlı atıla biləcək addımlardan danışıb.

Görüşün sonunda 2020-ci ildə Azərbaycan Tibb Universiteti öz 90 illik yubileyini qeyd etdiyini bildirən rektor Gəray Gəraybəyli cənab səfirə ATU-nun 90 illik yubiley medalını təqdim etmişdir. 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi İqbal Abdullayev iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Aprel 2021, 18:02 (GMT +4)
Ağdamın İsmayılbəyli kəndinin görüntüləri yayılıb (VİDEO)

19 Aprel 2021, 17:59 (GMT +4)
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanılıb

19 Aprel 2021, 17:55 (GMT +4)
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60 mln manat qaytarılıb

19 Aprel 2021, 17:46 (GMT +4)
Aqil Məmmədov: Vaksinasiya prosesində iştirak etməklə yalnız özümüzü deyil, daha geniş insan kütləsini müdafiə edə bilərik

19 Aprel 2021, 17:40 (GMT +4)
Bakı Limanının yük dövriyyəsi 17 %-ə yaxın artıb

19 Aprel 2021, 17:38 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri rüşvətə görə həbs edilib

19 Aprel 2021, 17:30 (GMT +4)
Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

19 Aprel 2021, 17:20 (GMT +4)
Dövlət Vergi Xidməti IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak edib

19 Aprel 2021, 17:12 (GMT +4)
İran-Azərbaycan sərhədində silahlı insident olub, sərhəd pozucusu yaralanıb

19 Aprel 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

19 Aprel 2021, 16:53 (GMT +4)
Saatlıda yas mərasimi təşkilatçısı cərimələnib

19 Aprel 2021, 16:44 (GMT +4)
Makron: "Sputnik V"dən istifadə AB-də peyvəndlənməni sürətləndirməyəcək

19 Aprel 2021, 16:43 (GMT +4)
İran və Almaniya nüvə danışıqlarında irəliləyişlərin olduğunu bildiriblər

19 Aprel 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

19 Aprel 2021, 16:25 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Navalnı ilə bağlı təhdidini "heç bir şəkildə qəbul etmir"

19 Aprel 2021, 16:20 (GMT +4)
"YAŞAT" Fondu şəhid anasının və qazinin əməliyyat xərclərini qarşılayıb

19 Aprel 2021, 16:09 (GMT +4)
Prokurorluq rüşvətə görə həbs edilən vəzifəli şəxlərlə bağlı məlumat yayıb

19 Aprel 2021, 15:58 (GMT +4)
Navalnı məhkumlar üçün xəstəxanaya köçürülüb

19 Aprel 2021, 15:53 (GMT +4)
Saatlıda qaydaları pozan 26 nəfər cərimələnib

19 Aprel 2021, 15:38 (GMT +4)
Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

19 Aprel 2021, 15:30 (GMT +4)
Ermənistanın İsrail səfirinə qarşı ittiham irəli sürülüb 

19 Aprel 2021, 15:26 (GMT +4)
Xaçmazda mağazadan oğurluq etmək istəyənlər saxlanılıb

19 Aprel 2021, 15:16 (GMT +4)
Hizbullah hərəkatının lideri Ayətullah Xameneiyə başsağlığı verib

19 Aprel 2021, 15:04 (GMT +4)
Təhlükəsizlik qaydalarını pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunub (VİDEO)

19 Aprel 2021, 14:58 (GMT +4)
Aİ ölkələri XİN rəhbərləri rusiyalı diplomatların Çex Respublikasından çıxarılması müzakirə edəcəklər

19 Aprel 2021, 14:52 (GMT +4)
Azərbaycanın şəkər ixracından qazancı üç dəfədən çox artıb

19 Aprel 2021, 14:52 (GMT +4)
Prezident azad edilmiş ərazilərin su ehtiyatları ilə bağlı sənəd imzalayıb

19 Aprel 2021, 14:40 (GMT +4)
Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib

19 Aprel 2021, 14:28 (GMT +4)
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

19 Aprel 2021, 14:18 (GMT +4)
Gürcüstanda daha 578 nəfər koronavirusa yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66