Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib

24 Fevral 2021, 16:02 (GMT +4)

Bakı, 24 fevral, SalamNews. Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra - "tərəflər") iştirakı ilə 23 fevral 2021-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən SalamNews-a verilən xəbərə görə, tərəflər, xarici işlər nazirlərinin 26 may 2014-cü il tarixində Bakıda, 29 yanvar 2015-ci ildə Aşqabadda, 28 avqust 2015-ci ildə Antalyada və 19 iyul 2017-ci ildə Bakıda keçirilmiş Üçtərəfli görüşlərdə qəbul edilmiş birgə bəyanatları təsdiqlədilər.

İştirakçı dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət və birmənalı dəstəklərini bir daha təsdiqlədilər.

Əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğuladılar və çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul etdilər.

Türkiyə Respublikası, Azərbaycan Respublikası və Türkmənistan arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Türk Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlar, həmçinin Asiyanın Qəlbi-İstanbul Prosesi kimi forumlar çərçivəsində davamlı əməkdaşlığın vacibliyini qeyd etdilər.

Terrorizm, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün formaları və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah və insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kiber cinayətlər və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

Bu çərçivədə, İslam Əməkdaşlıq Təşkilatının 15 mart tarixini “İslamofobiyaya Qarşı Beynəlxalq Həmrəylik Günü” kimi qeyd etmək qərarının əhəmiyyətini vurğuladılar və bu mövzuda bütün beynəlxalq səyləri dəstəkləməyi qəbul etdilər.

Türkmənistanda keçiriləcək dövlət başçılarının üçtərəfli zirvə görüşünün son dərəcə vacib olduğunu vurğuladılar.

Üçtərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinin, həmçinin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün hüquqi bazanın vacibliyini qeyd etdilər.

Ticarət və iqtisadi əməkdaşlığı gücləndirərək, investisiya və ticarəti stimullaşdırmaq üçün mövcud potensialdan istifadə edərək, habelə gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı elm, təhsil, mədəniyyət, turizm və ətraf mühitin qorunması sahələrində birgə layihələr və proqramlar həyata keçirməklə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verməyə qərar verdilər.

Hər üç ölkənin kiçik və orta müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər.

COVID-19 pandemiyasına qarşı mübarizədə, o cümlədən imkanları daxilində qarşılıqlı tibbi yardım yolu ilə koronavirus peyvəndi tədarükündə öz həmrəyliklərini davam etdirməyə və gücləndirməyə qərar verdilər.

COVID-19 pandemiyasının xüsusilə beynəlxalq səyahət, ticarət və nəqliyyat sahəsindəki mənfi təsirlərini azaltmaq məqsədilə pandemiyanın qarşısının alınmasında və onun sosial və iqtisadi fəaliyyətlərə təsirinin idarə edilməsində əməkdaşlıq və koordinasiyaya sadiq olduqlarını təsdiqlədilər.

Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

“Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səyləri qeyd etdilər və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyini vurğuladılar.

Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolunu vurğuladılar və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqlarını alqışladılar.

Ticarət əlaqələrini nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə inkişaf etdirməyi hədəfləyən və regional əlaqələrin yeni bir ölçüsünü təmsil edən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli) qüvvəyə minməsini alqışladılar.

Mövcud infrastrukturun modernləşdirilməsinin və regional nəqliyyat və ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyini ifadə etdilər.

İnfrastruktur layihələrinin Xəzər regionunun çiçəklənməsi və sabitliyinə töhfəsini nəzərə alaraq nəqliyyat və energetika sahələrində regional əlaqəni təmin etmək üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.

Üç ölkə arasında enerji sahəsində tərəfdaşlığın əhəmiyyətini vurğuladılar və Azərbaycandan təbii qazın artan həcmdə və Türkmənistandan Türkiyəyə və Avropanın qalan hissəsinə enerji mənbələrinin çatdırılmasına yönələn enerji layihələrini dəstəklədiklərini bir daha təsdiqlədilər.

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” adı verilən karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Memorandumun imzalanmasını məmnuniyyətlə qarşıladılar. Bu baxımdan, Türkiyənin və Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artırmaq, həmçinin Azərbaycan və Türkmənistanın iqtisadi inkişafına və çiçəklənməsinə töhfə vermək məqsədilə karbohidrogen ehtiyatlarının inkişafı və tədarükü üçün birgə layihələr hazırlamağa hazır olduqlarını bildirdilər.

Üç ölkənin ortaq irsinə əsaslanan təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə gələcək əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Siyasi dialoq, regional və qlobal məsələlərdə davamlı əməkdaşlıq və koordinasiya məqsədilə müntəzəm olaraq üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıqlarını bildirdilər. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaqdır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu günə qədər AÇG və “Şahdəniz”dən 561 mln tona yaxın neft ixrac edilib

Rusiya XİN Kiyevi Donbasdakı sabitliyi pozmamağa çağırıb

Azərbaycan XİN Ermənistanın iddialarına cavab verib

ABŞ generalı: İranın PUA-ları Yaxın Şərq əməliyyatlarında üstünlüyümüzü əlimizdən alıb

Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

Azərbaycanda bu il minə yaxın rabitə avadanlığı yoxlanılıb

Bakı Limanının yük dövriyyəsi 17 %-ə yaxın artıb

Aİ ölkələri XİN rəhbərləri rusiyalı diplomatların Çex Respublikasından çıxarılması müzakirə edəcəklər

Rusiyada koronavirusdan ölənlərin sayı 106 minə yaxınlaşıb

Martda 1200-ə yaxın sahibkar təlim və məsləhət xidmətlərindən faydalanıb

700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

Rusiya XİN səkkiz amerikalı məmurun ölkəyə girişinə qadağa qoyub

İtaliyada karantin tədbirlərinin yumşaldılması 26 aprel tarixindən başlayacaq

Azərbaycanda sənaye istehsalı 4%-ə yaxın azalıb

Zelenski Rusiyanın məhdudiyyətlərindən sonra Türkiyəyə turist axınını artırmağa çağırıb

Azərbaycan XİN Paşinyana cavab verib

ABŞ səfiri yeni sanksiyalarla əlaqədar Rusiya XİN-ə çağırılıb

Rusiya XİN Putin və Bayden arasında görüşə hazırlıq məsələsini şərh edib 

KİV: Füceyrə limanı yaxınlığında İsrailə məxsus gəmi vurulub

Türkiyədə koronavirusa yoluxmada gündəlik artım yenidən rekord göstəriciyə yaxınlaşıb

21 Aprel 2021, 18:02 (GMT +4)
Bakıda xadimə işlədiyi evdən 45 min manat oğurlayıb

21 Aprel 2021, 17:56 (GMT +4)
Putin və Lukaşenko aprelin 22-də Moskvada danışıqlar aparacaq

21 Aprel 2021, 17:54 (GMT +4)
Göygöldə kafe sahibini ölümlə hədələyən şəxs saxlanılıb

21 Aprel 2021, 17:48 (GMT +4)
Bakıda oğurluq edən şəxs tutulub

21 Aprel 2021, 17:41 (GMT +4)
Daha bir marşrut xətti "BakıKart"a keçir

21 Aprel 2021, 17:32 (GMT +4)
MN Ağdam rayonunun Baş Qərvənd kəndindən videogörüntülər yayıb (VİDEO)

21 Aprel 2021, 17:24 (GMT +4)
Baş Prokurorluq Bərdədə həkim səhlənkarlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

21 Aprel 2021, 17:20 (GMT +4)
Vyaçeslav Volodin: İlham Əliyevlə Vladimir Putin arasında həmişə yaxşı münasibətlər olub

21 Aprel 2021, 17:12 (GMT +4)
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

21 Aprel 2021, 17:02 (GMT +4)
Almaniya Əfqanıstandakı qüvvələrini daha tez çıxaracağını bildirib

21 Aprel 2021, 16:57 (GMT +4)
Ukraynada fövqəladə rejim və karantin rejimi uzadılıb

21 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

21 Aprel 2021, 16:36 (GMT +4)
Azərbaycanda daha 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

21 Aprel 2021, 16:28 (GMT +4)
Putin bütün vətəndaşları COVID-19-a qarşı peyvənd vurdurmağa çağırıb

21 Aprel 2021, 16:22 (GMT +4)
Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının rəsmisi ilə görüş keçirib

21 Aprel 2021, 16:12 (GMT +4)
Ombudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib

21 Aprel 2021, 15:58 (GMT +4)
Putin: Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb

21 Aprel 2021, 15:54 (GMT +4)
YAP sədrinin müavini Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib

21 Aprel 2021, 15:45 (GMT +4)
Yarım milyon manatdan çox pul mənimsəyən bank xəzinədarı tutulub

21 Aprel 2021, 15:41 (GMT +4)
Bəşər Əsəd dördüncü dəfə olaraq prezidentliyə namizədliyini irəli sürüb

21 Aprel 2021, 15:35 (GMT +4)
Qazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcək

21 Aprel 2021, 15:25 (GMT +4)
Ərdoğan: Türkiyə nə qədər güclü olarsa, yolunda bir o qədər maneə olar

21 Aprel 2021, 15:18 (GMT +4)
Azərbaycanda quşları müşahidə etmək istəyən turistlərə xidmət üzrə strategiya hazırlanıb

21 Aprel 2021, 15:05 (GMT +4)
“Qərbi Azəri” platformasından hasilat 15 gün müddətinə dayandırılacaq

21 Aprel 2021, 14:52 (GMT +4)
ABŞ polisi 16 yaşlı afroamerikalı qızı öldürüb

21 Aprel 2021, 14:50 (GMT +4)
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub (FOTO)

21 Aprel 2021, 14:36 (GMT +4)
Bu günə qədər AÇG və “Şahdəniz”dən 561 mln tona yaxın neft ixrac edilib

21 Aprel 2021, 14:28 (GMT +4)
İsraildə raketlərin istehsal edildiyi zavodda güclü partlayış baş verib (VİDEO)

21 Aprel 2021, 14:18 (GMT +4)
Rusiyada son sutkada təxminən 400 koronavirus xəstəsi ölüb

21 Aprel 2021, 14:12 (GMT +4)
Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin qalibləri müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66