Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib

24 Fevral 2021, 16:34 (GMT +4)

Bakı, 24 fevral, SalamNews. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov  “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. 

Bu barədə SalamNews-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra Elxan Əsədov tədbir iştirakçılarını salamlayaraq müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsi münasibətilə  forum iştirakçılarını təbrik edib. O, ötən il ərzində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin gördüyü işlərdən danışarkən qlobal pandemiyanın ölkə iqtisadiyyatına təsirinə baxmayaraq tikinti sahəsinin geridə qoyduğumuz ildə daha az itkilərlə üzləşdiyini və 2019-cu ilə nəzərən ölkədə aparılan tikinti sayının demək olar ki, dəyişmədiyini vurğulayıb.

“19 fevral 2019-cu ildə cənab Prezident tərəfindən verilən,  bəzi çoxmənzilli binalar ın istismarına icazənin sadələşdirilməsi haqqında fərman ilə tikinti şirkətlərinə böyük güzəşt olundu. İstismarda olan, lakin icazəsi olmayan aşkar olunmuş binaların böyük əksəriyyətinə bina sakinlərinin bütün təhlükəsizliyi həyata keçirilərək yoxlanışdan sonra istismarına 1 illik icazə verildi. Bu, bu sahədə atılan ən uğurlu və xalqa doğru atılan addımlardan biri idi”- deyə o, diqqətə çatdırıb.

Daha sonra E. Əsədov “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Elxan Əsədova təşəkkür edib. O, eyni zamanda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Caspian Energy Club arasında olan işçi qrupunun operativ fəaliyyətini qeyd edərək agentliyin  rəhbərliyinə  klubun üzv şirkətləri adından minnətdar olduğunu bildirib.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Aprel 2021, 15:57 (GMT +4)
Zərdabda koronavirus xəstəsi saxlanılıb

15 Aprel 2021, 15:44 (GMT +4)
YAP “The Guardian”dan təkzib tələb edir

15 Aprel 2021, 15:35 (GMT +4)
Gürcüstanda daha 1030 nəfərdə koronavirusa yoluxma aşkar edilib

15 Aprel 2021, 15:28 (GMT +4)
DİM: Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmayıb

15 Aprel 2021, 15:14 (GMT +4)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb

15 Aprel 2021, 15:10 (GMT +4)
ABŞ dövlət katibi Antonio Blinken ilk dəfə olaraq Əfqanıstana səfər edib

15 Aprel 2021, 15:04 (GMT +4)
"Türk Hava Yolları" Rusiyaya uçuşları 1 iyuna qədər dayandırıb

15 Aprel 2021, 14:54 (GMT +4)
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)

15 Aprel 2021, 14:40 (GMT +4)
Rusiyada son sutkada 8 944 koronavirusa yoluxma aşkar edilib

15 Aprel 2021, 14:38 (GMT +4)
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib

15 Aprel 2021, 14:27 (GMT +4)
Hacıqabulda koronavirus xəstəsi saxlanılıb

15 Aprel 2021, 14:15 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri 3 min manat cərimələnib (VİDEO)

15 Aprel 2021, 14:03 (GMT +4)
İsrailin sabiq baş naziri İranı soyuqqanlı olmağa çağırıb

15 Aprel 2021, 13:54 (GMT +4)
Gömrükçülər yük maşınında kosmetik preparatlar aşkar edib

15 Aprel 2021, 13:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15 Aprel 2021, 13:36 (GMT +4)
Putin və Lukaşenko telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə edib

15 Aprel 2021, 13:25 (GMT +4)
İctimai yerlərdə 17 koronavirus xəstəsi saxlanılıb

15 Aprel 2021, 13:14 (GMT +4)
Çavuşoğlu: Türkiyə "Montrö" razılaşmasının şərtlərinə ciddi şəkildə əməl edir

15 Aprel 2021, 13:00 (GMT +4)
AAYDA: “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib (FOTO)

15 Aprel 2021, 12:53 (GMT +4)
"NYT" ABŞ-ın yeni sanksiyalarının Rusiyanın suveren borcuna təsir edəcəyini yazıb

15 Aprel 2021, 12:45 (GMT +4)
MN: Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir (VİDEO)

15 Aprel 2021, 12:15 (GMT +4)
Azərbaycanda 19 şəhər və rayonda reydlər keçirilib, sürücü və piyadalar cərimələnib

15 Aprel 2021, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb (VİDEO)

15 Aprel 2021, 11:58 (GMT +4)
İranın daxili işlər naziri və iki müavini koronavirusa yoluxublar

15 Aprel 2021, 11:44 (GMT +4)
Rusiyada yanğın zamanı dörd uşaq həyatını itirib

15 Aprel 2021, 11:30 (GMT +4)
Fərid Şəfiyev Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına münasibət bildirib

15 Aprel 2021, 11:26 (GMT +4)
ABŞ-dan sonra NATO da Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb

15 Aprel 2021, 11:15 (GMT +4)
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)
Bayden Putini önümüzdəki həftələrdə görüşməyə dəvət edib

15 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66