İran və Cənubi Koreya XİN rəhbərləri bloklanmış yeddi milyad dollarla bağlı danışıqlar aparıblar24 Fevral 2021, 22:22 (GMT +4) Bakı, 24 fevral, SalamNews, B.Samid. İranın və Cənubi-Koreyanın xarici işlər nazirləri bu gün telefon təmasında bloklanmış yeddi milyad dolların və saxlanılmış yanacaq tankerinin sərbəst buraxılması ilə bağlı danışılqar aparıblar.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Məhəmməd Cavad Zərif Cənubi-Koreyalı həmkarı ilə telefon təmasında, ABŞ sanksiyalarından dolayı Seul banklarında bloklanmış yeddi milyard dolların sərbəst buraxılması istiqamətində atılan addımların səmərə verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Cənubi-Koreya İranın neft pullarından yeddi milyard dolları ABŞ sanksiyalarına görə İrana təhvil vermir. İranın tələblərinin cavabsız qalmasından sonra Fars Körfəzində bir Cənubi-Koreya gəmisi saxlanılıb. Tərəflər yeni ABŞ hökumətinin iş başına gəlməsindən sonra məsələnin həllini tapacağını bildirirdilər.
|