Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb25 Fevral 2021, 09:15 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Bakıda fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından SalamNews-a verilən məlumata görə, onlardan 35-i kişi, 29 qadındır.
Xəsarət alanlardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
|