Kapitolinin təmiri üçün 30 milyon dollardan çox vəsait tələb olunacaq25 Fevral 2021, 12:23 (GMT +4) Bakı, 25 fevral, SalamNews. 6 yanvardakı hücumdan sonra ABŞ Konqresi binasının təmiri üçün 30 milyon dollardan çox vəsait tələb olunacaq.
SalamNews xəbər verir ki, bu barədə "CBS News" Kapitoli memarı Brett Blantona istinadən məlumat yayıb.
"Heykəllər, divar kağızları, tarixi skamyalar və başqa əşyalara müxtəlif dərəcədə ziyan dəyib", Memar Nümayəndələr Palatasındakı iclasda bildirib.
Konqresin aşağı palatası bu xərcləri ödəmək üçün 30 milyon dollar ayrılmasını təsdiqləyiblər.
Blanton eyni zamanda binanın təmiri üçün daha çox pul tələb oluna biləcəyini də qeyd edib.
|