Ermənistan Baş Qərargahı Paşinyanın istefasını tələb edir25 Fevral 2021, 12:47 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edib. SalamNews xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
İstefa tələbinə dair bəyanatı rəis Onik Qasparyan da daxil olmaqla Baş Qərargahın bütün rəhbərliyi, həmçinin böyük hərbi hissələrin komandirləri və bütün idarə rəhbərləri imzalayıb.
|