Mobil versiya RU AZ
_




MDB ÖLKƏLƏRİ » SİYASƏT

KİV: Ermənistan tərəfindən Qarabağda yerləşdirilmiş minaların ümumi dəyəri 340 milyon dollara çata bilər

25 Fevral 2021, 13:45 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. Azərbaycanın nəzarətinə keçən ərazilərdə partlamamış hərbi sursatların sayı xüsusilə çoxdur. Bu ərazilərdə minalanma prosesi keçən əsrin 90-cı illərinin əvvəllərində birinci Qarabağ müharibəsi zamanı aparılmış və iki müharibə arasındakı dövrdə davam etdirilmişdir.

SalamNews -un xəbər verdiyi kimi, bu barədə "Svobodnaya Pressa" saytında yayımlanan məqalədə deyilir.

Müəllif qeyd edir ki, keçən ilin noyabrında döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan ərazisinin 27 kvadrat kilometri minalardan təmizlənib:

“Bu kiçik ərazidə gələcəkdə təhlükə yarada biləcək təqribən 40 min sursat tapılıb. Söhbət təxminən 30 ildir erməni silahlı birləşmələri tərəfindən idarə olunan bölgələrdən gedir. Bu illər ərzində demək olar ki, torpağın hər qarışı minalanmışdır".

Qeyd edilir ki, 27 kvadrat kilometrlik təmizlənmiş kiçik ərazidə aşkar edilən minaların ümumi dəyəri 3 milyon dollardır. Mütəxəssislərin fikrincə ümumilikdə, təmizlənmiş və təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 4,5 milyon mina ola bilər.

Məqalədə bildirilir ki, ekspertlərin fikrincə, Ermənistan tərəfindən qoyulan minaların ümumi dəyəri 340 milyon dollara çata bilər: "Bu astronomik bir məbləğdir - belə çıxır ki, işğal illərində Ermənistan, 2020-ci il hərbi büdcəsinin 50 faizini, rəsmi valyuta ehtiyatlarının 15 faizini və ya dövlət büdcəsinin 10 faizini Azərbaycan ərazilərinin minalanması üçün xərcləyib".

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Aprel 2021, 07:48 (GMT +4)
Ramazanın beşinci gününün duası - imsak və iftar vaxtı

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66