Co Bayden COVID-19 ilə əlaqədar ABŞ-da fövqəladə rejimin müddətini uzadıb25 Fevral 2021, 14:15 (GMT +4) Bakı, 25 fevral, SalamNews. ABŞ prezidenti Co Bayden COVID-19 pandemiyası səbəbindən tətbiq olunan fövqəladə rejimin vaxtını uzadıb. SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir. "13 mart 2020-ci ildə elan edilmiş və 1 mart 2020-dən etibarən qüvvədə olan fövqəladə vəziyyət 1 mart 2021-dən sonra da davam etməlidir. Mən fövqəladə rejimin vaxtını uzadıram", Bayden bildirib.
Qeyd edək ki, ABŞ-da 28.297.193 koronavirus COVID-19-a yoluxma qeydə alınıb, 504.135 nəfər ölüb.
|