Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı

25 Fevral 2021, 16:51 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. "O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı".

SalamNews-un xəbərinə görə, bunu Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

"Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq. Bunu heç gizlətmirdik. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik", - dövlət başçısı bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

17 Aprel 2021, 13:15 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66