"Qarabağ" Xocalı soyqırımını xüsusi forma ilə yad edib - (FOTO)25 Fevral 2021, 21:05 (GMT +4) Bakı, 25 fevral, SalamNews, R.Nadirli. "Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdığı “Səbail”lə oyunda xüsusi formalarla mübarizə aparıb. SalamNews xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, “Qarabağ”ın futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və “Justice for Khojaly” (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar. Qeyd edək ki, “Qarabağ” “Səbail”lə oyunda 1:0 hesabıyla qalib gəlib.
|