ABŞ Suriyada İranın dəstəklədiyi qüvvələrə hava zərbələri endirdiyini bildirib26 Fevral 2021, 09:02 (GMT +4) Bakı, 26 fevral, SalamNews, B.Samid. ABŞ Müdafiə Nazirliyi prezident Co Baydenin razılığı ilə Suriya-İraq sərhədində İrana bağlı olan iraqlı hərbi qüvvələrə hava zərbələri endirdiyini bildirib.
SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Pentaqon bəyanat verib.
Bildirilib ki, “Suriyanın şərqində İranın dəstəklədiyi birləşmələrə hava zərbələrinin endirilməsi, ABŞ-ın İraqdakı mövqelərinə hücuma cavab olaraq həyata keçirilib.”
Əlavə edilib ki, hava zərbələri "Kətaib Hizbullah" və "Kətaib Seyyiduş-Şühəda" kimi qrupların istifadə etdiyi infrastrukturaya endirilib.
Qeyd edək ki, qarşı tərəf hələ bu hücumlara münasibət bildirməyib və hücum nəticəsində xəsarətlərin olub-olmaması hələ məlum deyil.
|