Co Bayden Səudiyyə Ərəbistanın kralı ilə region məsələlərini müzakirə edib26 Fevral 2021, 09:55 (GMT +4) Bakı, 26 fevral, SalamNews, B.Samid. Co Bayden iş başına gəldikdən sonra ilk dəfə olaraq Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizlə danışıb.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden kral Salman bin Əbdüləzizlə telefon təması zamanı qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.
Eləcə də Ağ Evdən verilən məlumata görə, Co Bayden bu telefon təmasında Səudiyyə Ərəbistanına, suverenliyinin təmin edilməsi üçün dəstəklərin davam etdiriləcəyi vədini verib.
Qeyd edək ki, Co Bayden Administrasiyası Yəmən müharibəsində Səudiyyə Ərəbistanına hərbi dəstəyi dayandırdığını, bundan sonra vəliəhd Bin-Salmanla deyil, kralla əlaqə yaradacağını bildirib.
Əlavə edək ki, Ağ Ev yaxın günlərdə mərhum Camal Kaşıkçının qətli ilə bağlı gizli detalları da açıqlayacağını bildirib. Bu, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
|