Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Moldovada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2021, 14:23 (GMT +4)

Bakı, 26 fevral, SalamNews. Azərbaycanın Moldovadakı səfirliyi Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə paytaxt Kişineuda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib.

Səfirlikdən SalamNews-a bildiriblər ki, Moldovada tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun təşkil edilən tədbir Xocalı qətliamına həsr edilmiş qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Moldova parlamentinin Demokratiya Partiyası fraksiyasının sədri Dmitri Dyakov, Sosialistlər Partiyasının deputatları Odnostalko Vladimir və Nikita Çurkan, Moldovanın Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitali Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Belarus səfirliklərinin diplomatları, ölkədə yaşayan türk, yəhudi, gürcü və digər icmaların nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də Moldova KİV-in bir sıra təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən deputat D.Dyakov ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini pisləyib, xalqların birgə sülh içində yaşayışının önəmindən danışıb, Moldovanın ərazi bütövlüyü məsələsinə toxunaraq xalqlarımızın oxşar faciələr yaşadığını qeyd edib, qətliamın kədərlə yad edilməsində həmrəylik nümayiş etdirib.

Tədbir zamanı politoloq V.Andriyevski öz çıxışında Moldovanın nüfuzlu ava.md xəbər səhifəsində Xocalıya dair məqaləsinin dərc edildiyini diqqətə çatdırıb, gənc nəslin Xocalı soyqırımını unutmamalı olduğunu və Moldova xalqının insanlıq əleyhinə törədilən cinayətə qarşı azərbaycanlılarla həmfikir olduğunu bildirib, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın ötən illər ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə uğurlu inkişafına istinad edərək ölkəmizin ermənilər tərəfindən xarabalığa çevrilmiş bölgələrin sürətlə abadlaşdıracağını dilə gətirib.

Tarixçi həmçinin Azərbaycanın liderinin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş rayonlarımızda müxtəlif irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayaraq, bu ərazilərdə yaşayacaq azərbaycanlılarla yanaşı, ermənilərin də rifahının yüksələcəyini bildirib. Bunun oxşar münaqişələr yaşayan xalqlar üçün örnək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Deputat V.Odnostalko isə çıxışı zamanı insan amilinin hər şeydən önəmli olduğunu diqqətə çatdırıb, Xocalı faciəsinin şəxsi maraqlar naminə siyasətdə atılan səhv addımların nəticəsi olduğunu və Moldovadakı azərbaycanlı icmasının burada yaşayan digər xalqlarla birgə dinc yaşayışının örnək olduğunu vurğulayıb.

Anım tədbirində çıxış edən yəhudiəsilli deputat N.Çurkan yəhudilərə qarşı Holokost qətliamını xatırlayaraq bir xalqa qarşı törədilmiş genosidin dəhşətlərilə tanış olduğunu bildirib, keçmiş nəsillərdən qalan tarixi dəlillərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib, ölkə daxilində birlikdə yaşayan xalqların bir-birinə hörmət etməli olduğunu, yalnız bundan sonra sülhə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

Yekun nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, Xocalı qətliamına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırıb, bu faciənin insanlıq əleyhinə törədilmiş ən ağrılı cinayətlərdən biri olduğunu bildirib və ermənilərin tarix boyu Dağlıq Qarabağla bağlı apardıqları təxribatçı siyasətdən danışıb.

Bundan əlavə, tədbirdə Türkiyə Səfirliyinin əməkdaşı öz nitqində “iki millət, bir dövlət” şüarına istinad edərək qardaş Türkiyənin ölkəmizin hər zaman yanında olduğunu vurğulayıb. Eyni zamanda MAK-ın sədri Elçin Bayramov, vətənpərvər diaspor üzvləri Maarif Rəhimov, Yasin Seyidov və Ramiz Ansarov Azərbaycan, rus və rumın dillərində çıxışlar edərək Xocalı həqiqətlərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin yekunu olaraq Xocalıda baş verən faciənin Moldova Respublikasının parlamenti tərəfindən soyqırımı kimi tanınması üçün müvafiq müraciət ünvanlanmasına dair qərar verilib.

Sonda Xocalıda və Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə dualar oxunub, faciə qurbanlarına həsr edilmiş foto-şəkillərdən ibarət guşənin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulub.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Meksika mətbuatında Xocalı soyqırımı haqda məqalə dərc olunub

Meksikalı parlamentar Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Qazaxıstan səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib

Gənclər təşkilatları Xocalı Soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar (VİDEO)

Türkiyə və Pakistan xarici işlər nazirlikləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatlar veriblər

Ankaranın meri Xocalı soyqırımı ilə bağlı tvit paylaşıb

Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Nazir: Davamlı sülh üçün Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir

Kaliforniyada Xocalı Soyqırımına həsr olunan musiqi əsəri nümayiş olunub (VİDEO)

Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı paylaşım edib

XİN Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

"Qarabağ" Xocalı soyqırımını xüsusi forma ilə yad edib - (FOTO)

Belçikada Xocalı soyqırımının qurbanları yad edilib

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş etdirilib (VİDEO)

Xocalı Soyqırımı Pakistanda yad edilib (FOTO)

Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib

Ombudsman Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Cibuti deputatları Xocalı soyqırımını yad ediblər

18 Aprel 2021, 07:48 (GMT +4)
Ramazanın beşinci gününün duası - imsak və iftar vaxtı

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66