İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı verib26 Fevral 2021, 11:21 (GMT +4) Bakı, 26 fevral, SalamNews, B.Samid. İranın Azərbaycandakı səfirliyi Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı başsağlığı verib.
SalamNews xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsi vasitəsilə məlumat verilib.
Başsağlığı bəyanatında deyilir:
“İran İslam Respublikasının səfirliyi Xocalı faciəsinin və Azərbaycanlı mülki şəxslərin öldürülməsinin 29-cu ildönümündə bu cinayəti qınayır, dost və qardaş Azərbaycan hökuməti və xalqı ilə, xüsusən də bu faciə qurbanlarının yaxınları ilə həmdərd olduğunu elan edir.
|