Ərdoğan: Türkiyə və Azərbaycan – bir millət, iki dövlət26 Fevral 2021, 13:37 (GMT +4) Bakı, 26 fevral, SalamNews. 29 il öncə Azərbaycanın Xocalı şəhərində vəhşicəsinə qətlə yetirilmiş insanları sayğı ilə anıram.
SalamNews “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Xocalının dinc əhalisinin ermənilər tərəfindən kütləvi şəkildə qətl edilməsinin növbəti ildönümü ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib.
“Türkiyə və Azərbaycan bir millət iki dövlətdirlər. Türkiyə Azərbaycanın haqlı davasında onun yanında olmağa davam edəcəkdir”, - Ərdoğan deyib.
|