Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin növbəti iclası planlaşdırılıb26 Fevral 2021, 16:25 (GMT +4) Bakı, 26 fevral, SalamNews. Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin ortaq sədrliyi ilə işçi qrupunun iclası 27 fevralda Moskvada keçiriləcək.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli işçi qrupunun üçüncü iclasının 27 fevral tarixində Moskvada keçirilməsi planlaşdırılır. Hazırda bütün tərəflər iştirakını təsdiqləyib", Overçuk qeyd edib.
|