Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib26 Fevral 2021, 17:28 (GMT +4) Bakı, 26 fevral, SalamNews. Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. SalamNews TASS-a istinadən xəbər verir ki, iclasda Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib.
"Bu gün biz Dağlıq Qarabağ nizamlanması ətrafında vəziyyəti müzakirə edəcəyik", Prezident iclasın əvvəlində deyib.
İştirakçılara müraciət edən Putin, Rusiya sülhməramlıların, Fövqəladə Hallar Nazirliyi qüvvələrinin, sərhədçilərin işinin keyfiyyəti, eyni zamanda beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla bu istiqamətdə əməkdaşlığın necə getdiyi barədə məlumatları dinləmək isyədiyini vurğulayıb.
|