ABŞ-dakı türk təşkilatları ermənilərin Xocalıda törətdikləri vəhşilikləri pisləyib26 Fevral 2021, 17:58 (GMT +4) Bakı, 26 fevral, SalamNews. ABŞ-dakı türk qeyri-hökumət təşkilatları, Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar ortaq bəyanat yayıb.
Türk-Amerikan Milli Koordinasiya Komitəsi (TASC) tərəfindən yayılan sənəddə deyilir ki, 29 il əvvəl Xocalı şəhərində erməni hərbçiləri tərəfindən 106 qadın və 63 uşaq olmaqla 613 müdafiəsiz azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
"Erməni birləşmələri tərəfindən törədilən vəhşiliklər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmağa davam etməli və bu dəhşətli cinayətə görə ədalət tələb etməliyik", sənəddə deyilir.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Türk Amerikan Dərnəkləri Şurası (ATAA) da Xocalıdakı qətliamı pisləyib.
ATAA, ABŞ və beynəlxalq ictimaiyyəti, törədilən cinayətlərə görə Ermənistan rəhbərliyini məsuliyyətə cəlb etməyə çağırır.
|