PFL təxirə salınan oyunların tarixini açıqlayıb26 Fevral 2021, 17:40 (GMT +4) Bakı, 26 fevral, SalamNews, R.Nadirli. Peşəkar Futbol Liqası Azərbaycan Respublikasının ərazisində hökm sürmüş qarlı hava şəraiti ilə əlaqədar başa çatdırılmadan dayandırılmış və keçirilməsi mümkün olmayan 1-ci divizion oyunlarının yeni tarixlərini müəyyənləşdirib.
SalamNews PFL-in saytına istinadən xəbər verir ki, qarşılaşmalar 23, 27 və 28 martda keçiriləcək.
13-cü turdan təxirə salınmış oyunlar
23 mart “Turan Tovuz” – “Sumqayıt” Tovuz şəhər stadionu, 52-ci dəqiqədən etibarən
“Kəpəz” – “Qaradağ Lökbatan” Gəncə şəhər stadionu
XIV turdan təxirə salınmış oyunlar
27 mart “Sabah-2” – “Keşlə-2” Bank Respublika Arena, ehtiyat meydança 28 mart “Neftçi-2” – “Sumqayıt-2” Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança) MOİK – “Kəpəz” Binə qəsəbə stadionu
Qeyd edək ki, görüşlərin başlanma vaxtları ilə bağlı məlumat veriləcək.
|