İran nüvə sazişilə bağlı növbəti xəbərdarlığını edib27 Fevral 2021, 11:22 (GMT +4) Bakı, 27 fevral, SalamNews, B.Samid. “Əgər üç ay ərzində sanksiyalar götürülməsə Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə təsisatlarındakı kameraları da yığışdırılacaq.”
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli-Əkbər Salehi deyib.
İran rəsmisi nüvə sazişinin son vəziyyəti və BAEA-nin nəzarətlərilə bağlı fikirlərini açıqlayarkən bildirib ki, əgər sanksiyalar götürülməsə, nüvə təsisatlarında olan kameralar da yığışdırılacaq.
Qeyd edək ki, sanksiyalara cavab olaraq, İran cari ayın 23-də nüvə sazişində yer alan “əlavə protokol”un icrasını dayandırıb.
Bu protokolun icrasının dayandırılması, BAEA-nin nəzarətçilərinin qəfil baş çəkmələrinə məhdudiyyət yaradır.
|