Bakıda mağazadan 5600 manatlıq oğurluq edilib27 Fevral 2021, 16:50 (GMT +4) Bakı, 27 fevral, SalamNews. Bakıda mağazadan oğurluq edən şəxslər tutulub.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 820 manat pul və 4 812 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şükürov və R.Əliyev saxlanılıblar.
|