Rusiyada koronavirusdan ölənlərin sayı 85,7 mini keçib27 Fevral 2021, 12:44 (GMT +4) Bakı, 27 fevral, SalamNews. Rusiyada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 11.534 artaraq 4.234.720-ə çatıb.
SalamNews -un məlumatına görə, bu barədə COVID-19 əməliyyat qərargahından məlumat verilib.
Ən çox yoluxma Moskvada qeydə alınıb, burada 1.825 yeni yoluxma aşkar edilib.
Son sutkada Rusiya Federasiyasında koronavirus diaqnozu qoyulan 439 nəfər ölüb.
Epidemiya başlayandan ölənlərin ümumi sayı 85.743 nəfərə çatıb.
Rusiyada son sutkada 16.020 nəfər olmaqla 3.799.406 nəfər COVID-19-dan müalicə alaraq sağalıb.
|