İraqın xarici işlər naziri İrana rəsmi səfərə gedib27 Fevral 2021, 12:50 (GMT +4) Bakı, 27 fevral, SalamNews, B.Samid. İraqın xarici işlər naziri Fuad Hüseyn İrana rəsmi səfərə yollanıb.
SalamNews İRNA-a istinadla xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn Tehrana rəsmi səfəri zamanı iranlı həmkarı Məhəmməd Cavad Zəriflə və İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri Əli Şəmxani ilə görüşüb.
Tərəflər görüşdə qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.
Bəzi mənbələr iddia edib ki, Fuad Hüseyn ABŞ tərəfindən İrana mesaj çatdırmaq niyyətindədir. Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxmasından və İrana qarşı sərt sanksiyalara başlamasından sonra yaşanan gərginliklər İraqda da davamlı müşahidə edilib. İraq bundan öncə ABŞ-la İran arasında vasitəçilik təklifini də irəli sürmüşdü.
|