ABŞ-ın Rusiyadakı səfiri Boris Nemtsovun ölüm yerini ziyarət edib27 Fevral 2021, 13:08 (GMT +4) Bakı, 27 fevral, SalamNews. ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan "Bolşoy Moskvoretski" körpüsünə gəlib. SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, o, siyasətçi Boris Nemtsovun ölüm yerini ziyarət edib.
"Səfir Sallivan, həyatını ölkəsi və həmvətənləri üçün daha yaxşı gələcək uğrunda mübarizəyə həsr edən rusiyalı siyasətçi Boris Nemtsovun vəhşicəsinə öldürülməsinin altıncı ildönümündə həmkarlarına qatılıb. O, ədalət və azadlıq uğrunda mübarizə aparan bir çox insana ilham olaraq qalır", Amerika səfirliyinin mətbuat katibi Rebekka Ross Twitter-də yazıb.
|