Suriyada minanın partlaması nəticəsində 5 xidmətçi qadın həlak olub27 Fevral 2021, 13:53 (GMT +4) Bakı, 27 fevral, SalamNews, B.Samid. Suriyanın Həma əyalətinin əs-Sələmiyyə rayonunda küçələrin təmizlənməsi zamanı minanın partlaması nəticəsində 5 süpürgəçi qadın həyatını itirib.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə əs-Sələmiyyə rayonunun səhiyyə mənbələri məlumat veriblər.
Bildirilib ki, rayon ərazisində təmziləmə işləri zamanı 5 süpürgəçi qadın həyatını itirib və daha doqquz xidmətçi yaralanıb.
Yaralananların bəzisinin vəziyyəti ağırdır.
Minanın bir neçə il öncə baş vermiş döyüşlər zamanı burada quraşdırıldığı deyilir. Suriya Ordusu 2017-ci ildə bölgəni qruplaşmalardan geri alıb.
|