Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib27 Fevral 2021, 16:05 (GMT +4) Bakı, 27 fevral, SalamNews. Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Ermənistan Müdafiə naziri Vaqarşak Harutyunyanla telefon danışığı keçirib. Telefon söhbətində bölgədəki vəziyyət və ikitərəfli məsələlərin müzakirə olunduğu bildirilir.
"Söhbət əsnasında ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki mövcud vəziyyət və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda tapşırıqlarını yerinə yetirdiyi ərazilər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib", məlumatda deyilir.
SalamNews xəbər verir ki, fevralın 25-də İrəvan Ermənistan Müdafiə Nazirliyi rəhbərinin Şoyqu ilə telefon danışığı keçirdiyi barədə məlumat yaymışdı.
|