Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Futzal millimizin kapitanı: Sürpriz hər zaman mümkündür - (MÜSAHİBƏ)

27 Fevral 2021, 16:45 (GMT +4)

Bakı, 27 fevral, SalamNews, R.Nadirli. Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev federasiyanın rəsmi saytın müsahibə verib.

SalamNews həmin müsahibəni təqdim edir:

- Hazırlıqla bağlı nə deyə bilərsən? Komandada ab-hava necədir?
- üç gündür təlim-məşq toplanışına başlamışıq. Ancaq ondan əvvəl də məşqlər edirdik. Düzdür, toplanış başlasa da, məşqlərdə tam heyətlə iştirak edə bilmirik. Çünki xarici klublarda çıxış edən futzalçılarımızın çempionat oyunları var. Ona görə onlar gec qoşulacaqlar. Bacardığımız qədər baş məşqçinin verdiyi tapşırıqları daha yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Artıq iki oyun keçirmişik. Qələbə qazansaq da, çatışmayan cəhətlərimiz oldu. İndi həmin “axsamaları” aradan qaldırmalıyıq. Moldova ilə ardıcıl iki oyun keçirəcəyik. İlk duel bizim meydanda olacaq. Maksimum xal qazanmalı, səfərə yaxşı əhval-ruhiyyədə yollanmalıyıq.

- Baş məşqçinin tələbləri nədir?
- Moldovanın oyununu tam analiz etməmişik. Düzdür, Moldova-Yunanıstan qarşılaşmasını izləmişik. Həmin vaxt bizim üçün Yunanıstana bələd olmaq vacib idi. İndi növbə Moldovaya çatıb. Baş məşqçi tələblərini oyuna yaxın deyəcək. Amma izlədiyimiz həmin qarşılaşmada Moldova yaxşı təsir bağışladı. Hazırkı heyətin üzvləri uzun müddətdir bir yerdə çıxış edirlər. Yaxşı nəticə qazanmaq istəyirlər. Mərkəzdən çox top keçirirlər. Baş məşqçi necə oynamalı olduğumuzu deyəcək.

- Bəs Slovakiya – Moldova oyununu izləmisən?
- Bu oyuna baxmamışıq. Yəqin ki, oyunumuza az vaxt qalmış baxacağıq.

- Bu dueldə qeydə alınan hesabı sürpriz hesab edirsən?
- Nəticə gözlənilməz oldu. Özü də matç Slovakiyada keçirilirdi. Oyun planında da Moldova yaxşı təsir bağışladı. Halbuki biz Slovakiyadan daha fərqli oyun və nəticə gözləyirdik. Slovaklar ilk oyunda bizimlə qarşılaşdılar və yaxşı təsir bağışladılar. Qələbə qazansaq da, nəticəni asan əldə etmədik.

- Analoji sürprizlə millimiz də üzləşə bilərmi?
- Bu oyundur, gərək rəqibi düzgün qiymətləndirəsən, boşluq verməyəsən. Sürpriz hər zaman mümkündür. Vacib olan qrup mərhələsini ilk pillədə başa vurmaqdır ki, biz də bunu əldə etməyə çalışacağıq.

- Bayaq qələbə qazandığımız Slovakiya və Yunanıstanla oyunlarda “axsamalar”ın olduğunu dedin. Hansı məqamları nəzərdə tutursan?
- Pandemiya ilə əlaqədar uzun müddət idi zalda məşq etmirdik. Buna baxmayaraq, iki oyunu itkisiz başa vurduq. Çatışmayan cəhətlərimiz var və onları oyundan oyuna düzəldəcəyik. Sadəcə, onların hansılar olduğunu açıqlamaq istəmirəm.

- Baş məşqçi hər iki oyundan sonra yaradılan epizodları qola çevirə bilməməyinizdən narazı idi..
- Bu onlardan biri idi.

- Baş məşqçi deməsə də, Moldova ilə oyunu izləmisən və hansı güclü tərəflərini qeyd edə bilərsən?
- Çox dinamik komandadır. Topla və ya topsuz fərqi yoxdur, daim hərəkətdə olurlar. Fiziki gücləri çoxdur. Ötürmə edib, dərhal boş mövqeyə açılırlar. Biz də buna qarşı tədbir görəcəyik. Ehtiyac olarsa, birəbir mübarizə aparacağıq. Vacib olan yekunda 3 xalı qazanmaqdır.

- Moldova ilə hər iki oyunda qazanılacaq qələbənin Avropa çempionatının final mərhələsinə qapıları açacağını proqnozlaşdırmaq olarmı?
- Bu iki oyunda qazanılacaq nəticə vacibdir. Qələbələr qazansaq, işimizin öhdəsindən böyük ölçüdə gəlmiş olacağıq. Ondan sonra səfərdə Slovakiya, Bakıda isə Yunanıstan yığması ilə oyunumuz qalır.

- Millinin oyunlarına hər zaman azarkeş marağı böyük olub. Bu cür səssizlik sizi narahat etmir?
- Komandada ruh yüksəkliyini hər zaman üst səviyyədə saxlayan azarkeşlər olur. Doğma meydan amilini də ona görə hiss edirsən. Azarkeşlər bizi ruhlandırır, motivasiya edir, sona qədər mübarizə aparmağa məcbur edir. Mövcud durumla bağlı verilmiş qərarı da anlayışla qarşılamalıyıq. Çünki insan sağlamlığı hər şeydan vacibdir. Məcburiyyətdən bizi ekran qarşısında izləməli olan azarkeşlərimiz bilsin ki, onların yeri hər zaman görünür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Aprel 2021, 17:03 (GMT +4)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb

10 Aprel 2021, 16:55 (GMT +4)
Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçən şəxslər saxlanılıb

10 Aprel 2021, 16:50 (GMT +4)
Ukraynada son sutkada 17 mindən çox koronavirusa yoluxma aşkar edilib

10 Aprel 2021, 16:45 (GMT +4)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olunub

10 Aprel 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

10 Aprel 2021, 16:35 (GMT +4)
İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

10 Aprel 2021, 16:25 (GMT +4)
Hikmət Hacıyev: ""Media haqqında" qanun layihəsi hazırlanıb"

10 Aprel 2021, 16:22 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində Talibanın 20 silahlısı zərərsizləşdirilib

10 Aprel 2021, 16:15 (GMT +4)
Myanma ordusu dinc nümayişçilərə atəş açıb: 20 nəfər ölüb

10 Aprel 2021, 16:04 (GMT +4)
Bərdədə toy məclisi təşkil edən şəxs müəyyən olunub

10 Aprel 2021, 15:52 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

10 Aprel 2021, 15:40 (GMT +4)
Britaniyada II Elizabetin Şahzadə Filipin  ölümündən sonra taxtdan imtina edəcəyi istisna edilib

10 Aprel 2021, 15:30 (GMT +4)
Balakəndə icra başçısı və polis rəisi reyd keçirib

10 Aprel 2021, 15:17 (GMT +4)
İraq baş naziri İŞİD-in ikinci adamının öldürüldüyünü bildirib

10 Aprel 2021, 15:15 (GMT +4)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib

10 Aprel 2021, 15:07 (GMT +4)
Yaponiyanın cənub-qərbində bir gündə beş zəlzələ baş verib

10 Aprel 2021, 14:56 (GMT +4)
Baş katib: “Türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq”

10 Aprel 2021, 14:45 (GMT +4)
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

10 Aprel 2021, 14:38 (GMT +4)
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

10 Aprel 2021, 14:27 (GMT +4)
Cibutinin hazırkı prezidenti seçkilərdə qalib gəlib

10 Aprel 2021, 14:26 (GMT +4)
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

10 Aprel 2021, 14:15 (GMT +4)
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

10 Aprel 2021, 14:05 (GMT +4)
Suriyanın əsas neft emalı zavodu İran yanacağının bu ölkəyə çatmasından sonra işə başlayıb

10 Aprel 2021, 13:58 (GMT +4)
Türkiyə Yunanıstanı terrorçuları dəstəkləməkdə ittiham edib 

10 Aprel 2021, 13:50 (GMT +4)
Oğuzda toy mərasimi keçirənlər cərimələnib

10 Aprel 2021, 13:37 (GMT +4)
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım

10 Aprel 2021, 13:26 (GMT +4)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib

10 Aprel 2021, 13:13 (GMT +4)
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

10 Aprel 2021, 13:02 (GMT +4)
Fransada naməlum şəxslər məscidi yandırıb

10 Aprel 2021, 12:54 (GMT +4)
Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə ittihamlandırılan üç hərbçi edam edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66