Çexiya Baş naziri və ailəsini öldürməklə hədələyiblər 01 Mart 2021, 11:05 (GMT +4) Bakı, 1 mart, SalamNews. Çexiya Baş naziri Andrey Babiş, onun və ailəsinin ölümlə təhdid edildiyini açıqlayıb.
SalamNews xəbər verir ki, bu barədə "CNN Prima News" məlumat yayıb.
Onun sözlərinə görə, müvafiq məlumatı ona polis çatdırıb. Polisin verdiyi məlumata görə, onun ailəsini öldürməyi planlaşdıran şəxs hazırda İspaniyadadır.
Baş nazir bildirib ki, bu məlumatdan sonra onun evi mühafizə altında saxlanılır.
Ölkənin hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıldığını qeyd edib.
|