"Trabzonspor" "Fənərbaxça"ya minimal hesabla uduzub - (VİDEO)28 Fevral 2021, 23:40 (GMT +4) Bakı, 28 fevral, SalamNews, R.Nadirli. Türkiyə Superliqasında 27-ci tur başa çatıb.
SalamNews xəbər verir ki, turun son oyununda "Fənərbaxça" "Trabzonspor"un qonağı olub. Matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 54 xalla 2-cidir. Minimal hesablı qələbə sayəsində xalını 54-ə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Trabzonspor" isə 48 xalla 4-cüdür. "Trabzonspor" - "Fənərbaxça" - 0:1 Qol: Pelkas, 76
|