Tramp yeni partiyanın yaradılması iddialarını rədd edib01 Mart 2021, 10:58 (GMT +4) Bakı, 1 mart, SalamNews. ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni siyasi partiya yaratmayacaq.
SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Tramp Orlandoda (Florida) ABŞ mühafizəkar dairələrinin konfransında çıxış edərkən açıqlayıb.
"Biz yeni partiyalar qurmuruq ... Respublikaçı Partiyamız var və o, əvvəlki qədər olmadığı kimi vahid və güclü olacaq", Tramp deyib.
Tramp, eyni zamanda siyasi karyerasının bitmədiyini vurğulayıb.
"Birlikdə başladığımız ecazkar səyahət ... bitməyib. Mən istəyirəm siz biləsiniz, sizin tərəfinizdə döyüşməyə davam etmək niyyətindəyəm. Nəticədə biz qalib gələcəyik", keçmiş ABŞ prezidenti bildirib.
|