Çin klubu fəaliyyətini dayandırıb01 Mart 2021, 14:27 (GMT +4) Bakı, 1 mart, SalamNews, R.Nadirli. Çinin “Jiangsu Suning” futbol klubu fəaliyyətini dayandırıb. SalamNews xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda məlumat verilib. “Jiangsu Suning”in fəaliyyətini dondurmasına maliyyə problemləri səbəb göstərilib: “Bizə ən yaddaqalan qələbələr qazandırmış futbolçular və sadiq azarkeşlərlə vidalaşmaq istəməsək də, açıqlamağa məcburuq: Bu gündən “Jiangsu Suning” öz komandalarının fəaliyyətinə son qoyur”. Qeyd edək ki, klubun azı 90 milyon dollar borcunun olduğu bildirilir.
|