Dövlət Gömrük Komitəsi SalamNews xəbər agentliyini ad günü münasibətilə təbrik edib01 Mart 2021, 14:35 (GMT +4) Bakı, 1 mart, SalamNews. "Bu gün media sahəsində öz dəsti-xətti olan Salamnews xəbər agentliyinin 11 yaşı tamam olur". SalamNews -un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natiq Axundov "Facebook" səhifəsində yazıb.
Agentlik kollektivini təbrik edən N. Axundov yazıb: "Bu münasibətlə həmin kollektivlərdə çalışan bütün əməkdaşları səmimi qəlbdən təbrik edir, mediamızın inkişafı naminə fəaliyyətlərində daima uğurlar arzulayıram!"
Dövlət Gömrük Komitəsi Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zeynəb Kazımova da təbriklərə qoşularaq media qurumun rəhbərini və kollektivinin hər bir üzvünü ürəkdən təbrik edib:
"Bütün dəyərli həmkarlarıma, əziz dostlarıma fəaliyyətlərində daim uğurlar arzulayıram! Hamınız əzizsiniz, dostlar!"
Salamnews kollektivi adından təbriklərə görə təşəkkür edirik.
|