Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Yaxın Şərq mətbuatında jurnalist Haşim Məmmədovun məqaləsi dərc edilib (FOTO)

01 Mart 2021, 16:14 (GMT +4)

Bakı, 1 mart, SalamNews. Misir, Əlcəzair, İraq və İordaniya mətbuatında azərbaycanlı şərqşünas və jurnalist Haşim Məmmədovun Azərbaycanla ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələrdən bəhs edən geniş məqaləsi dərc edilib.

SalamNews xəbər verir ki, “Əl Dovlə”, “Ənbaarmasr”, “Nile1”, “Əl Hərir”, “Aldiplomasy” və digər mətbuat orqanlarında yayılmış məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə xüsusi diqqət yetirildiyi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirildiyi qeyd olunur. Müəllif yazır: “İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda, ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini zəmindədir və Azərbaycan Dağlıq Qarabağda xristian olan erməniləri sıxışdırır. Bunun əksini sübut etmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda, mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı, İslam fondları, yardım cəmiyyətlərinin də azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan ilk addım olaraq ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi”.

Məqalədə diqqətə çatdırılıb ki, həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilib və iki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapıb. Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan Dostluq parkı salınıb, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb. Eyni zamanda, Abşeron rayonunda Azərbaycan-Misir Dostluq parkı salınıb.

Məqalədə Azərbaycanla İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Əlcəzair arasında əlaqələrdən, ölkəmizin İslam aləmində artan nüfuzundan da ətraflı bəhs olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

17 Aprel 2021, 13:15 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66