İsrail gəmisinin İran tərəfindən vurulduğunu bildirib, Rəsmi Tehran cavab verib01 Mart 2021, 16:32 (GMT +4) Bakı, 1 mart, SalamNews, B.Samid. İsrailin baş naziri Benyamin Netanyahunun İranı ittihamlandırmasından sonra, rəsmi Tehran cavab verib.
SalamNews İRNA-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu günkü açıqlamasında Benyamin Netanyahunun iddiasına münasiət bildirib.
O, bildirib ki, Oman dənizində İsrail ticarət gəmisinin İran tərəfindən vurulması əsassız məlumatdır.
Bundan öncə Benyamin Netanyahu bildirib ki, Oman dənizində İsrail gəmisinin vurulmasının arxasında İran dayanır. O bildirib ki, İsrail İrandan intiqam alacaq.
Qeyd edək ki, ötən həftə İsrail şirkətlərinin birinə məxsus bir ticarət gəmisi Oman dənizində partlayışa məruz qalıb və qəzalı vəziyyətdə BƏƏ sahilinə istiqamətləndirilib.
|