Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkar edəcək

02 Mart 2021, 16:12 (GMT +4)

Bakı, 2 mart, SalamNews. “Azərişıq” ASC Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib.

SalamNews quruma istinadən xəbər verir ki, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişığ”ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi” üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada, əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azərişıq" ASC-nin əməkdaşı iş başında ölüb

“Azərişıq” ASC Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib (FOTO)

“Azərişıq": “Suqovuşan” yarımstansiyasının inşası yekunlaşıb

"Azərişıq” Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib

"Azərişiq"-da Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə konfrans keçirilib (FOTO)

“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azərişıq” Suqovuşanda işləri sürətləndirib (VİDEO)

"Azərişıq" istehlakçıların onlayn şəbəkəyə qoşulması sistemini təqdim edib

“Azərişıq” əməkdaşlarını vaksinasiyadan keçirib

"Azərişıq" əməkdaşı elektrik dirəyindən yıxılaraq ölüb

Bu gündən “Azərişıq” ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb

"Azərişıq" və "Deloitte Azərbaycan" sahibkarlar üçün vebinar təşkil edib

"Azərişıq" sahibkarlar üçün videobələdçi hazırlayıb - VİDEO

“Azərişıq” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

"Azərişıq" Ağdamın 8 kəndində yenidənqurmaya başlayıb (VİDEO)

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

“Azərişıq” sahibkarlara müraciət edib

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

"Azərişıq" ASC tariflərin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

02 Avqust 2021, 17:34 (GMT +4)
DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb

02 Avqust 2021, 17:26 (GMT +4)
Ermənistanda yeni müdafiə naziri təyin olunub

02 Avqust 2021, 17:18 (GMT +4)
Baş nazir azad edilən ərazilərdə aşkarlanan kütləvi və fərdi məzar yerləri ilə bağlı göstəriş verib

02 Avqust 2021, 17:08 (GMT +4)
ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayıb

02 Avqust 2021, 17:05 (GMT +4)
Altı ayda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı açıqlanıb

02 Avqust 2021, 16:50 (GMT +4)
FHN: Yardımlıda meşədə yanğın başlayıb

02 Avqust 2021, 16:43 (GMT +4)
Çində sel qurbanlarının sayı 300-ü keçib

02 Avqust 2021, 16:39 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 Avqust 2021, 16:29 (GMT +4)
Konfrans Liqası: “Qarabağ”ın da potensial rəqibi bəlli olub

02 Avqust 2021, 16:25 (GMT +4)
İranın Britaniyadakı səfiri Londonda XİN-ə çağırılıb

02 Avqust 2021, 16:23 (GMT +4)
Almaniyada yaşı 100-dən yuxarı olan konslager gözətçisinin məhkəməsi keçiriləcək 

02 Avqust 2021, 16:18 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

02 Avqust 2021, 16:11 (GMT +4)
Tokio-2020: Türkiyə üçüncü bürünc medalını qazanıb

02 Avqust 2021, 16:10 (GMT +4)
DİN: Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib

02 Avqust 2021, 16:06 (GMT +4)
"Qarabağ" AEL-lə oyuna hazırlaşır - (FOTOLAR)

02 Avqust 2021, 16:00 (GMT +4)
Tokio-2020: Güləşçimiz Elis Monolova medal şansını saxlayıb

02 Avqust 2021, 15:57 (GMT +4)
"AzerGold"un 2035-ci ilədək dağ-mədən sənayesindən ölkə ÜDM-nə 22 mlrd. manat töhfə verəcəyi proqnozlaşdırılır

02 Avqust 2021, 15:47 (GMT +4)
Cüdo yığmamızın məşqçilər heyəti istefaya göndərilib

02 Avqust 2021, 15:45 (GMT +4)
Türkiyədə 7 meşə yanğınının söndürülməsi üzərində işlər davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66