Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb

04 Mart 2021, 09:30 (GMT +4)

Bakı, 4 mart, SalamNews. Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri martın 3-də İstanbulda davam edir.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə, İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

Görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib.

Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, martın 3-də Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə “Mask-Kara” teatrı tərəfindən hazırlanmış “Kimdir müqəssir” tamaşasının premyerası da keçirilib.

Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri tədbirlərdə iştirak edib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Aprel 2021, 21:47 (GMT +4)
İran Nətənz nüvə obyektində baş verən insidentin təxribat olduğunu bildirib

10 Aprel 2021, 17:03 (GMT +4)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb

10 Aprel 2021, 16:55 (GMT +4)
Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçən şəxslər saxlanılıb

10 Aprel 2021, 16:50 (GMT +4)
Ukraynada son sutkada 17 mindən çox koronavirusa yoluxma aşkar edilib

10 Aprel 2021, 16:45 (GMT +4)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olunub

10 Aprel 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

10 Aprel 2021, 16:35 (GMT +4)
İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

10 Aprel 2021, 16:25 (GMT +4)
Hikmət Hacıyev: ""Media haqqında" qanun layihəsi hazırlanıb"

10 Aprel 2021, 16:22 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində Talibanın 20 silahlısı zərərsizləşdirilib

10 Aprel 2021, 16:15 (GMT +4)
Myanma ordusu dinc nümayişçilərə atəş açıb: 20 nəfər ölüb

10 Aprel 2021, 16:04 (GMT +4)
Bərdədə toy məclisi təşkil edən şəxs müəyyən olunub

10 Aprel 2021, 15:52 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

10 Aprel 2021, 15:40 (GMT +4)
Britaniyada II Elizabetin Şahzadə Filipin  ölümündən sonra taxtdan imtina edəcəyi istisna edilib

10 Aprel 2021, 15:30 (GMT +4)
Balakəndə icra başçısı və polis rəisi reyd keçirib

10 Aprel 2021, 15:17 (GMT +4)
İraq baş naziri İŞİD-in ikinci adamının öldürüldüyünü bildirib

10 Aprel 2021, 15:15 (GMT +4)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib

10 Aprel 2021, 15:07 (GMT +4)
Yaponiyanın cənub-qərbində bir gündə beş zəlzələ baş verib

10 Aprel 2021, 14:56 (GMT +4)
Baş katib: “Türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq”

10 Aprel 2021, 14:45 (GMT +4)
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

10 Aprel 2021, 14:38 (GMT +4)
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

10 Aprel 2021, 14:27 (GMT +4)
Cibutinin hazırkı prezidenti seçkilərdə qalib gəlib

10 Aprel 2021, 14:26 (GMT +4)
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

10 Aprel 2021, 14:15 (GMT +4)
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

10 Aprel 2021, 14:05 (GMT +4)
Suriyanın əsas neft emalı zavodu İran yanacağının bu ölkəyə çatmasından sonra işə başlayıb

10 Aprel 2021, 13:58 (GMT +4)
Türkiyə Yunanıstanı terrorçuları dəstəkləməkdə ittiham edib 

10 Aprel 2021, 13:50 (GMT +4)
Oğuzda toy mərasimi keçirənlər cərimələnib

10 Aprel 2021, 13:37 (GMT +4)
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım

10 Aprel 2021, 13:26 (GMT +4)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib

10 Aprel 2021, 13:13 (GMT +4)
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

10 Aprel 2021, 13:02 (GMT +4)
Fransada naməlum şəxslər məscidi yandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66