Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİM dövlət qulluqçusu olmaq istəyən 1 856 namizəd üçün imtahan keçirəcək

04 Mart 2021, 10:00 (GMT +4)

Bakı, 4 mart, SalamNews. Dövlət İmtahan Mərkəzi martın 7-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına, həmçinin inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirəcək.

SalamNews xəbər verir ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. İnzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 593, BB qrupu üzrə 1263 olmaqla, ümumilikdə 1856 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

B növü imtahanının keçirilməsi üçün 7 bina, 137 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 176 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi"ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır) gətirməlidirlər.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat hələ davam edir və 5 mart saat 12:00-da başa çatacaq. İmtahan saat 11:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 10:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım

Kaspersky “Cyber Spa” rəqəmsal istirahət məkanını təqdim edib

BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb

YAP Gənclər Birliyinin təqdimatı keçirilib

Çavuşoğlu: Ankara əlaqələri inkişaf etdirməklə bağlı AB-dən konkret addımlar gözləyir

Tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara təqdim edilib

DİM: Aprelin 11-də dövlət qulluğuna B növü üzrə qəbulla bağlı test imtahanları keçiriləcək

DGK yeni statistika portalını təqdim edib

Özünü vəzifəli şəxs kimi təqdim edərək baş həkimdən rüşvət alan şəxs tutulub

DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirilib (FOTO)

DİM buraxılış imtahanları ilə bağlı şagirdlərə müraciət edib

İlham Əliyev ilə Vladimir Putin Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

Nazirlik hökumətə təqdim etmək üçün yeni layihələr hazırlayıb

Gürcüstan DİN Vladimir Pozner və qonaqlarını cərimələyib

“İnter” yeni loqosunu təqdim edib - (FOTO)

DİM şagirdlər üçün sınaq imtahanı keçirəcək

Patrik Andrade: "Qarabağ"a keçəndən sonra milliyə çağırıldım

Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun xarici əlaqələr nazirinə təqdim edib

Azərbaycan millisində oynamaq üçün pul almadım - Riçard Almeyda

Fərqli hesabla qalib gələcəyimizi gözləyirdim - Portuqaliya millisinin baş məşqçisi

11 Aprel 2021, 21:47 (GMT +4)
İran Nətənz nüvə obyektində baş verən insidentin təxribat olduğunu bildirib

10 Aprel 2021, 17:03 (GMT +4)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb

10 Aprel 2021, 16:55 (GMT +4)
Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçən şəxslər saxlanılıb

10 Aprel 2021, 16:50 (GMT +4)
Ukraynada son sutkada 17 mindən çox koronavirusa yoluxma aşkar edilib

10 Aprel 2021, 16:45 (GMT +4)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olunub

10 Aprel 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

10 Aprel 2021, 16:35 (GMT +4)
İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

10 Aprel 2021, 16:25 (GMT +4)
Hikmət Hacıyev: ""Media haqqında" qanun layihəsi hazırlanıb"

10 Aprel 2021, 16:22 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində Talibanın 20 silahlısı zərərsizləşdirilib

10 Aprel 2021, 16:15 (GMT +4)
Myanma ordusu dinc nümayişçilərə atəş açıb: 20 nəfər ölüb

10 Aprel 2021, 16:04 (GMT +4)
Bərdədə toy məclisi təşkil edən şəxs müəyyən olunub

10 Aprel 2021, 15:52 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

10 Aprel 2021, 15:40 (GMT +4)
Britaniyada II Elizabetin Şahzadə Filipin  ölümündən sonra taxtdan imtina edəcəyi istisna edilib

10 Aprel 2021, 15:30 (GMT +4)
Balakəndə icra başçısı və polis rəisi reyd keçirib

10 Aprel 2021, 15:17 (GMT +4)
İraq baş naziri İŞİD-in ikinci adamının öldürüldüyünü bildirib

10 Aprel 2021, 15:15 (GMT +4)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib

10 Aprel 2021, 15:07 (GMT +4)
Yaponiyanın cənub-qərbində bir gündə beş zəlzələ baş verib

10 Aprel 2021, 14:56 (GMT +4)
Baş katib: “Türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycanın yanında olacaq”

10 Aprel 2021, 14:45 (GMT +4)
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

10 Aprel 2021, 14:38 (GMT +4)
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

10 Aprel 2021, 14:27 (GMT +4)
Cibutinin hazırkı prezidenti seçkilərdə qalib gəlib

10 Aprel 2021, 14:26 (GMT +4)
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir

10 Aprel 2021, 14:15 (GMT +4)
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

10 Aprel 2021, 14:05 (GMT +4)
Suriyanın əsas neft emalı zavodu İran yanacağının bu ölkəyə çatmasından sonra işə başlayıb

10 Aprel 2021, 13:58 (GMT +4)
Türkiyə Yunanıstanı terrorçuları dəstəkləməkdə ittiham edib 

10 Aprel 2021, 13:50 (GMT +4)
Oğuzda toy mərasimi keçirənlər cərimələnib

10 Aprel 2021, 13:37 (GMT +4)
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım

10 Aprel 2021, 13:26 (GMT +4)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib

10 Aprel 2021, 13:13 (GMT +4)
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

10 Aprel 2021, 13:02 (GMT +4)
Fransada naməlum şəxslər məscidi yandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66