Ərəb Dövlətləri Liqasının baş katibinin kimliyi müəyyənləşib04 Mart 2021, 12:07 (GMT +4) Bakı, 4 mart, SalamNews, B.Samid. Misirli siyasətçi Əhməd Əbul-Qayt yenidən Ərəb Dövlətləri Liqasının baş katibi vəzifəsinə seçilib.
SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri Əhməd Əbul-Qaytın liqanın baş katibi vəzifəsində qalmasını təsdiqləyiblər.
Bundan öncə Misir ƏDL-nın üzvlərindən siyasətçi Əhməd Əbul-Qaytın baş katib vəzifəsində qalmasını istəmişdi.
Son illərdə ərəb və müsəlman ölkələrində Ərəb Dövlətləri Liqasının fəaliyyəti kəskin tənqid edilir. Liqanın Liviya, Suriya, İraq, Yəmən və sair ərəb ölkələrində münaqişələrin və qarşıdurmaların həllində rola malik olmaması qurumun imicinə ciddi xələl gətirib.
|