Tac Mahalda bomba təhlükəsi səbəbi ilə turistlər təxliyyə edilib04 Mart 2021, 11:08 (GMT +4) Bakı, 4 mart, SalamNews. Hindistanın Aqra şəhərində (Uttar Pradeş əyaləti) Tac Mahal məqbərəsindən azı min turist partlayış təhlükəsi səbəbindən təxliyyə edilib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Naməlum şəxsin binaya partiyacının qoyulması barədə telefon zəngindən sonra təcili surətdə təxliyyə əməliyyatı başlayıb.
Tac Mahal kompleksi polis tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri partlayıcı qurğunu axtarır.
|