Almaniyada karantin mart ayının sonuna qədər uzadılıb04 Mart 2021, 11:41 (GMT +4) Bakı, 4 mart, SalamNews. Almaniyadakı karantin rejimi 28 marta qədər uzadılıb, amma eyni zamanda səlahiyyətlilərə federal əyalətlərə dair müstəqil qərar qəbul etmək hüququ verilib.
Bu cür addımlar koronavirusun yayılması üçün xüsusi statistik meyarlarla əlaqədardır.
SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Berlində keçirilən mətbuat konfransında Almaniyanın Baş naziri Angela Merkel açıqlayıb.
"Məhdudiyyətlərin aradan qaldırılması üçün addımlar atmalıyıq, amma bizi geri aparmayacağından əmin olmalıyıq. 2021-ci ilin baharı 2020-ci ilə nisbətən fərqli olacaq", kansler bildirib.
Merkelin sözlərinə görə, indi insanlar koronavirus haqqında daha çox şeyi bilir, bu daha çevik bir yanaşma təmin edir.
|