Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kaspersky Cigref-lə birgə Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışının işçi qrupunun həmsədri olub

05 Mart 2021, 16:00 (GMT +4)

Bakı, 5 mart, SalamNews. Kaspersky və iri şirkətlər şəbəkəsi Cigref Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışı təşəbbüsü çərçivəsində çıxış edəcək altıncı işçi qrupun həmsədri olub. Qrupun məqsədi internetdə təhlükəsizlik səviyyəsini artıracaq konkret təkliflər hazırlamaqdır. Qrupa mütəxəssis dəstəyini məlumat bazarının geosiyasi aspektlərini öyrənən GEODE araşdırma mərkəzi göstərəcəkdir.

Sürətli rəqəmsallaşma cəmiyyətin və iqtisadiyyatın strukturunu dəyişdirir. O, innovasiya və iqtisadi tərəqqi üçün böyük imkanlar təqdim edir, eyni zamanda şirkətlərin rəqəmsal infrastruktur təhlükəsizliyi üçün risklər yaradır, kiber davamlılıq və texnologiyaya inam barədə suallar doğurur.

Cigref şəbəkəsi və Kaspersky əmindir ki, İKT texnologiyalarına və təchizat zəncirlərinə inamı artırmaq üçün bazar oyunçuları, istifadəçilər, təchizatçılar və ictimai təşkilatların birgə səyləri lazımdır.

Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2018-ci ilin noyabrında təqdim olunan Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışıgünümüzün ən böyük kiber təhlükəsizlik təşəbbüsü hesab olunur. Burada dünyanın hər yerindən olan 1100-dən çox dövlət adamı və sıravi şəxslər, şirkət və təşkilatlar bir araya gəlir. Təşəbbüsün məqsədi dövlətlər, ayrı-ayrı hökumətlər, özəl şirkətlər və ictimai təşkilatlar arasında əməkdaşlıq yolu ilə kiber məkanda etibar, təhlükəsizlik və sabitliyi artırmaqdır.

Paris Çağırışı çərçivəsində Fransanın Avropa və Xarici İşlər Nazirliyi, kiber məkanda qlobal səviyyədə sabitliyi təmin edəcək imkanları və vasitələri araşdırmaq üçün altı işçi qrupu yaratmağa qərar verib. Altıncı işçi qrupunun məqsədi bu təşəbbüsü dəstəkləyənlərə kiber təhlükəsizlik səviyyəsini yaxşılaşdırmağa kömək edəcək xüsusi alətlər təklif etməkdir.

“Paris Çağırışını imzalayan Cigref şəbəkəsi işçi qruplarının yaradılması işində Avropa və Xarici İşlər Nazirliyini dəstəklədi və hazırda əməliyyat işlərində iştirak edir," deyə Cigref-in Paris Çağırış üzrə nümayəndəsi Arno Kustilye bildirib.

“Kiber məkanda sabitliyin möhkəmləndirilməsi üçün əsas təşəbbüs olan Paris Çağırışını bölüşür və alqışlayırıq. Çağırışın 6-cı prinsipini dəstəkləyən Qlobal Şəffaflıq Təşəbbüsümüzə (Global Transparency Initiative) uyğun olaraq və digər sənaye təmsilçiləri, texniki ictimaiyyət, ekspertlər və vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə kiber məkanda təhlükəsizliyi və dayanıqlılığı artırmaq üçün konkret alətlərin hazırlanması üçün müzakirələrə köklənəcəyik,"Kaspersky-nin baş direktoru Yevgeni Kasperski deyib.

“Avropa və Xarici İşlər Nazirliyi Paris Çağırışı işçi qrupunun idarəçiliyi istiqamətində Cigref və Kaspersky-yə etibar etməkdən məmnunluq duyur. İnanırıq ki, bu iki təşkilatın birgə səyləri qlobal kiber təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək,” deyə Fransanın Rəqəmsal Texnologiyalar üzrə Səfiri Anri Verdye bildirib.

Altıncı işçi qrup etibar və təhlükəsizliyi artırmağın yollarını axtaracaq. Onun tapşırıqlarına məhsul təhlükəsizliyi sahəsində artıq mövcud olan təşəbbüslərin və bazar iştirakçılarının öhdəliklərinin siyahısını hazırlamaq daxildir. Bu, qlobal səyləri təkrarlamadan İKT təchizatı zəncirinin təhlükəsizliyinin müzakirəsinə imkan verəcəkdir. Qrup həmçinin beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) rəqəmsal təhlükəsizliyinə dair tövsiyələri və yaradılmasında Kaspersky-nin də iştirak etdiyi "Rəqəmsal məhsulların təhlükəsizliyi" üzrə Cenevrə dialoqu sənədi kimi mövcud təcrübələri, təşəbbüsləri və tövsiyələri öyrənəcəkdir. Qrup Paris Çağırışı icmasının sonrakı müzakirələrinə zəmin hazırlamaq üçün nəticələr və tövsiyələri müzakirə edəcəkdir.

Görülən işlərin nəticələri 2021-ci ildə Paris Sülh Forumunda təqdim ediləcəkdir. Altıncı işçi qrupu Paris Çağırışını dəstəkləyən bütün təşkilatların təkliflərinə açıqdır. Əlaqə ünvanı: contact@pariscall.international.

Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışı haqqında

Təşəbbüs Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2018-ci ilin noyabrında başladılıb. Hökumətlər, özəl şirkətlər və ictimai təşkilatların kiber məkanın tənzimlənməsi üçün eyni dərəcədə məsuliyyət daşımasına əsaslanan yanaşmanı təşviq edir. Paris Çağırışı ən böyük beynəlxalq kiber təhlükəsizlik təşəbbüsüdür. Dünyanın hər yerindən oln 1100 imza sahibi tərəfindən dəstəklənir. Daha çox məlumat üçün: https://pariscall.international/en/.

Cigref haqqında

İri şirkətlər şəbəkəsi olan Cigref 1970-ci ildə qurulmuşdur. Ən böyük Fransız şirkətlərini və dövlət müəssisələrini özündə birləşdirən qeyri-kommersiya təşkilatıdır. Assosiasiyanın məqsədi şirkətlərini daha yenilikçi və səmərəli etmək üçün menecerlərə kömək etməkdir. Cigref rəqəmsal mədəniyyəti yenilik və məhsuldarlıq mənbəyi kimi təbliğ edir. Daha ətraflı məlumat üçün: www.cigref.fr.

Kaspersky haqqında

Kaspersky, 1997-ci ildən etibarən informasiya təhlükəsizliyi sahəsində çalışan beynəlxalq bir şirkətidir. Şirkətin dərin mütəxəssis biliyi və illərə söykənən təcrübəsi biznes müəssisələri, vacib infrastruktur, dövlət qurumlarını və adi istifadəçilərin təhlükəsizliyini təmin edən yeni nəsil təhlükəsizlik həlləri və xidmətlərinin mərkəzində dayanır. Kaspersky-nin geniş portfelinə istifadə zəncirinin son cihazlarının qorumaq üçün qabaqcıl məhsullarla yanaşı, mürəkkəb və daim inkişafda olan kiber təhdidlərlə mübarizə üçün bir sıra ixtisaslaşdırılmış həllər və xidmətlər dədaxildir. Kaspersky texnologiyaları dünyanın hər yerində 400 milyondan çox istifadəçini və 250 mindən çox korporativ müştərini qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.

Əlavə məlumat və şərhlər üçün, Kaspersky mətbuat xidməti ilə (empr@kaspersky.com) və ya +7 495 797 8700 nömrəli telefonla əlaqə saxlayın. Mətbuat xidmətinin Telegramdakı rəsmi kanalına (@Kaspersky4media) abunə olun və xəbərlərimizi sosial şəbəkələr və rəsmi mənbələrdə izləyin:


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kaspersky “Cyber Spa” rəqəmsal istirahət məkanını təqdim edib

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

“Kaspersky” evdən işləməyin faydalarını açıqlayıb

“Kaspersky Antidrone” təhlükəsizlik infrastrukturuna inteqrasiya ediləcək

“Kaspersky” 30-dan çox saxta veb sayt aşkarlayıb

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib

“Kaspersky Lab” rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

“Kaspersky Lab” məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

Kaspersky Lab “Windows”un zəif nöqtəsini tapıb

“Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirib

Kaspersky Lab: Dünyada 1 milyondan çox istifadəçi təhlükə altındadır

Kaspersky Lab: Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

“Kaspersky Lab” şifrə ilə vacib sənədləri qorumağa imkan verən yeni proqram hazırlayıb

Kaspersky Lab: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumur

“Kaspersky Lab” Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

“Kaspersky Lab” Azərbaycanda ən populyar sosial şəbəkələri müəyyənləşdirib

15 Aprel 2021, 12:45 (GMT +4)
MN: Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir (VİDEO)

15 Aprel 2021, 12:15 (GMT +4)
Azərbaycanda 19 şəhər və rayonda reydlər keçirilib, sürücü və piyadalar cərimələnib

15 Aprel 2021, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb (VİDEO)

15 Aprel 2021, 11:58 (GMT +4)
İranın daxili işlər naziri və iki müavini koronavirusa yoluxublar

15 Aprel 2021, 11:44 (GMT +4)
Rusiyada yanğın zamanı dörd uşaq həyatını itirib

15 Aprel 2021, 11:30 (GMT +4)
Fərid Şəfiyev Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına münasibət bildirib

15 Aprel 2021, 11:26 (GMT +4)
ABŞ-dan sonra NATO da Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb

15 Aprel 2021, 11:15 (GMT +4)
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)
Bayden Putini önümüzdəki həftələrdə görüşməyə dəvət edib

15 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

15 Aprel 2021, 10:52 (GMT +4)
Ayətullah Xamenei nüvə sazişi danışıqlarının uzanması ilə bağlı xəbərdarlıq edib

15 Aprel 2021, 10:46 (GMT +4)
Ərdoğan: İstanbul Kanalı Türkiyənin müstəqilliyi və suverenliyini möhkəmləndirəcək

15 Aprel 2021, 10:45 (GMT +4)
ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

15 Aprel 2021, 10:30 (GMT +4)
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

15 Aprel 2021, 10:27 (GMT +4)
Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb

15 Aprel 2021, 10:15 (GMT +4)
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

15 Aprel 2021, 10:00 (GMT +4)
MN Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb (VİDEO)

15 Aprel 2021, 09:52 (GMT +4)
Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər

15 Aprel 2021, 09:46 (GMT +4)
Bloomberg: ABŞ on rusiyalı diplomatı ölkədən çıxaracaq

15 Aprel 2021, 09:45 (GMT +4)
BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

15 Aprel 2021, 09:25 (GMT +4)
Türkiyənin keçmiş baş naziri vəfat edib

15 Aprel 2021, 09:15 (GMT +4)
Balakəndə qaydaları pozan sürücülər cərimələnib

15 Aprel 2021, 09:07 (GMT +4)
Ərbildə ABŞ qüvvələrinin olduğu hava limanına hücum edilib

15 Aprel 2021, 09:00 (GMT +4)
DİM bu gün 8 124 şagird üçün buraxılış imtahanı keçirəcək

15 Aprel 2021, 05:15 (GMT +4)
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı

14 Aprel 2021, 18:02 (GMT +4)
Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqlənib

14 Aprel 2021, 17:58 (GMT +4)
Səlcuq Bayraktar Kanadanın sanksiya qərarını şərh edib

14 Aprel 2021, 17:55 (GMT +4)
“Bakı Metropoliteni” daha bir ilkə imza atıb

14 Aprel 2021, 17:44 (GMT +4)
Binəqədidə 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb

14 Aprel 2021, 17:35 (GMT +4)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66