Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BMU-da istehsalat və pedaqoji təcrübələr mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilir

05 Mart 2021, 17:52 (GMT +4)

Bakı, 5 mart, SalamNews. Bu ilin 16 fevral tarixindən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin istehsalat təcrübəsinə göndərilməsinə start verilib. 25 may tarixində başa çatması nəzərdə tutulan istehsalat və pedaqoji təcrübələr mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilir.

BMU-dan SalamNews-a daxil olan məlumata görə, cari tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 334 tələbə, Memarlıq və inşaat fakültəsi üzrə 109 tələbə, Mühəndislik fakültəsi üzrə 252 tələbə, Tərcümə (ingilis dili) ixtisası üzrə 39 tələbə olmaqla cəmi 734 tələbə istehsalat təcrübəsinə göndərilib.

Tələbələr istehsalat təcrübəsini Sumqayıt Texnologiya Parkı, Azertexnolayn MMC, Veysəloğlu Şirkətlər Qrupu, Azərsun Holding, Azərsu ASC-nin müəssisələri, Bank of Baku, Kapital Bank, Azər Türk Bank, Elektron Hökumətin İnkişafı Mərkəzi, Aztelekom MMC, Abşeron Rayon İcra Hakimiyyəti, Ramco QSC, Technol MMC, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Şəms və Avrasiya tərcümə mərkəzləri, Azmarketing MMC, NSP Solutions MMC, Park Hill Properties MTK, Ram LTD və s. müəssisələrdə keçəcəklər.

Pedaqoji fakültə üzrə 191 nəfər tələbə isə pedaqoji təcrübəyə başlayıb. Pedaqoji təcrübələr bir sıra lisey və məktəblərdə, o cümlədən İdrak liseyi, Hədəf liseyi, Zirvə liseyi, Avropa Azərbaycan məktəbi, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təşkil olunub.
Bundan əlavə müxtəlif ixtisaslar üzrə 2-ci kurs magistrantların elmi-tədqiqat təcrübəsi 16 fevral – 15 mart 2021-ci il tarixlərində, elmi-pedaqoji təcrübələri isə 17 mart – 13 aprel 2021-ci il tarixlərində təşkil olunur. Yaz semestrində təşkil olunan təcrübə proqramında Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Dünya siyasəti, Beynəlxalq münasibətlər və diplomatiya, Metal konstruksiyaları və qurğular nəzəriyyəsi, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri, Əsas üzvi sintezin kimyası və texnologiyası ixtisasları üzrə ümumilikdə 39 magistrant iştirak edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMU cari semestr üçün son teledərsləri təqdim edib

BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

BMU ilk dəfə ingilis dilində teledərslər təşkil edəcək

BMU-da Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq

BMU-nun tələbələri üçün istehsalat təcrübələri təşkil olunur

BMU-da beynəlxalq konfrans keçiriləcək

BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

British Council BMU ilə birgə layihələr həyata keçirəcək

Azercell-in prezidenti BMU-da tələbələrlə görüşüb (FOTO)

Əbülfəs Qarayev BMÜTT İcraiyyə Şurasının 103-cü sessiyasında iştirak edir

Parisdəki terror aktlarının ehtimal edilən təşkilatçısı Avropaya 90 terrorçu ilə daxil olubmuş

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

17 Aprel 2021, 13:15 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66