Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını alıb

05 Mart 2021, 18:00 (GMT +4)

Bakı, 5 mart, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzi 25 yanvar 2021-ci il tarixində ABŞ-ın “Uptime Institute” təşkilatının “Tier 3 Facility” sertifikatına layiq görülüb. Sertifikatın alınması üçün keçirilən texniki sınaqlar zamanı Data Mərkəzin bütün kritik infrastruktur avadanlıqları və sistemlərinin dayanıqlılığı “Uptime Institute” mütəxəssisləri tərəfindən mərhələli şəkildə test olunub.

NRYTN-dan SalamNews-a daxil olan məlumata görə, Bakıda yerləşən əsas Data Mərkəzindən sonra Yevlaxda ehtiyat Data Mərkəzinin tikintisinin məqsədi müştəri məlumatlarının qorunması, etibarlı və keyfiyyətli bulud xidmətlərinin rezervli şəkildə təmin olunmasıdır. Mərkəz “AzInTelecom” MMC ilə Ədliyyə Nazirliyinin Dünya Bankı tərəfindən maliyyələşdirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub.

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzinin bütün kritik infrastruktur sistem və avadanlıqları “1+1” prinsipi ilə inşa edilib. İnfrastrukturu alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemlərindən ibarətdir.

Ehtiyat Data Mərkəzinin mobil tipli layihələndirilməsinin əsas üstünlüklərindən biri də daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə, daha etibarlı əraziyə daşınmasına imkan verir.

Yevlaxda inşa olunan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.

Xatırladaq ki, “AzInTelecom” MMC tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionunda “Tier 3”, informasiya texnologiyaları xidmətləri üzrə idarəetmə sistemi standartı (ISO 20000), biznesin davamlılığı üzrə idarəetmə sistemi standartı (ISO 22301) və informasiya təhlükəsizliyi üzrə idarəetmə sistemi standartı (ISO 27001) sertifikatlarına malik ilk Data Mərkəzi əsasında “AZCLOUD” bulud xidmətləri göstərilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

NRYTN: Dələduzlar Azərbaycan nömrələrindən istifadə edib vətəndaşları aldadır

NRYTN vətəndaşlara müraciət edib

NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

NRYTN: Kiberdələduzlar "Azərpoçt"un adına saxta saytlar yaradaraq insanları "tələyə salmağa çalışır

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

NRYTN: Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

NRYTN: Daha bir erməni saxtakarlığı aşkar edilib

NRYTN: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

NRYTN və "Cisco" arasında əməkdaşlığa dair video-konfrans keçirilib

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” olub

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

NRYTN nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

NRYTN və Caspian European Club biznes-forum keçirəcək

Almaniya nümayəndə heyəti ilə NRYTN-də görüş keçirilib

Məsafə qət etmədən evlərə və ofislərə yeni telefon xətti çəkdirmək olar - NRYTN

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

17 Aprel 2021, 14:26 (GMT +4)
Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib

17 Aprel 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

17 Aprel 2021, 14:07 (GMT +4)
Ayətullah Xamenei İran Ordusunu hazır vəziyyətə gəlməyə çağırıb

17 Aprel 2021, 14:00 (GMT +4)
Prezident kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

17 Aprel 2021, 13:57 (GMT +4)
Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

17 Aprel 2021, 13:45 (GMT +4)
Biləsuvarda qayda pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021, 13:30 (GMT +4)
Bakıda yeni marşrut xətti təşkil edilib

17 Aprel 2021, 13:22 (GMT +4)
Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

17 Aprel 2021, 13:15 (GMT +4)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

17 Aprel 2021, 13:15 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66