Roma Papası ilə Ayətullah Sistaninin görüşünün zamanı açıqlanıb05 Mart 2021, 13:44 (GMT +4) Bakı, 5 mart, SalamNews, B.Samid. Roma Papasının İraqa səfəri başlayıb. O şənbə günü Ayətullah Sistani ilə görüşəcək.
SalamNews bu barədə Sumariya Agentliyinə istinadla xəbər verir.
Bildirilib ki, Roma Papası Fransisk artıq İtaliyadan Bağdada yola düşüb. O bu gün Bağdadda mərkəzi kilsədə çıxış edəcək.
Roma Papasının İraqa səfərinin məqsədlərindən biri də dinlərarası münasibətlərlə bağlı Ayətullah Sistani ilə görüşmək və fikir mübadiləsi aparmaqdır. O sabah Nəcəf-Əşrəf şəhərinə yola düşəcək və Ayətullah Sistani ilə görüşəcək.
Roma Papası bu səfərdə İraqın Ərbil, Mosul və Ziqar kimi şəhər və əyalətlərinə də baş çəkəcək.
|