Ermənistan "Eurovision-2021" yarışmasına qatılmaqdan imtina edib05 Mart 2021, 16:52 (GMT +4) Bakı, 5 mart, SalamNews. Ermənistan ölkədəki son hadisələr və vaxt azlığı səbəbindən ölkəni layiqincə təmsil etmək mümkün olmayacağı üçün "Eurovision-2021" mahnı müsabiqəsində iştirak etməkdən imtina edib.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin ictimai televiziyası məlumat yayıb.
"Ətraflı müzakirələr və danışıqlardan sonra ictimai televiziya Ermənistanın bu il "Eurovision" beynəlxalq mahnı müsabiqəsinə qatılmayacağını elan edib", məlumatda deyilir.
|